Treyderlər Federal Ehtiyat Sisteminin iclasını gözləyir, neft ucuzlaşır
Birjalarda neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 46,90 dollara çatsa da, sonradan qiymətlər 45,81 dollar səviyyəsinə enib. Bu, sutka ərzində neftin ən aşağı qiymətidir.
Qərbi Texas neftinin qiymətində də eyni tendensiya müşahidə olunur. Birjaların gecə seanslarında WTİ neftinin qiyməti 44,69 dollara qalxıb, sonradan qiymətlər 1 dollaradək ucuzlaşıb. Hazırda noyabr ayı üçün bağlanan fyüçerslərdə WTİ nefti 43,62 dollardan təklif olunur.
Valyuta bazarlarında dolların ucuzlaşması neftin qiymətinə ciddi təsir göstərir. Sərmayədarlar dolların ucuzlaşmasını Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini azaldacağına inanın azalması kimi dəyərləndiriblər, “ucuz dollar baha neft deməkdir” düsturuna əsasən, qiymətlər axşam saatlarında nisbətən artıb. Sonra Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıracağı ehtimalı yüksəldiyinə görə neftin qiyməti aşağı düşüb.
Qeyd edək ki, Federal Ehtiyat Sisteminin növbəti iclası bu gün keçiriləcək, iclasda dolların faiz dərəcəsini olduğu kimi saxlamaq, yaxud artırmaqla bağlı müzakirələr aparılacaq.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı