Göyçayda yük maşını aşdı: 3 yaralı

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən axşam Göyçayın Bəydövül kəndi ərazisində qeydə alınıb.

 

“QAZel” markalı yük avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

 

Hadisə zamanı avtomobildəki şəxslər, Bəydövül kənd sakinləri - 30 yaşlı Babayev Adil Səmid oğlu, 28 yaşlı Babayev Sənan Sərkər oğlu və Kürdəmir rayon sakini, 46 yaşlı Əhmədov Vəfadar Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR