Tanınmış rejissor ad günü məclisində dünyasını dəyişdi
Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Bakının 1-ci mikrorayonundakı “Dalğa” restoranında baş verib.
Restoranda aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri keçirilməli imiş. Ələkbər Kazımovski də məclisin başlamasına bir qədər qalmış restorana gəlib. Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub:
“Heç məclis başlamamışdı. Ələkbər gəldi Nahidə xanımla görüşdü, keçdi Məhərrəmin yanına. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə”.
Ələkbər Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb. Həkimlər onun öldüyünü təsdiqləyiblər.
Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib.
Qeyd edək ki, Ə.Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” və s. filmlərin müəllifi idi. O, uzun illər AzTV və ANS telekanallarında çalışıb.
Ə.Kazımovski rejissor Rauf Kazımovskinin oğludur.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı