Paytaxtın əsas yollarından biri BAĞLANIB
Paytaxtın əsas yollarından biri bağlanıb. Söhbət Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsindən üzü Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi istiqamətinə və Ceyhun Hacıbəyli və Bakıxanov küçələrinin kəsişməsindən Ceyhun Hacıbəyli və Vaqif küçələrinin kəsişməsinədək olan yollardan gedir.
"Yolun bağlanmasına səbəb ərazidən keçən komunikasiya xətlərinin yenilənməsidir. Yəni yeraltı su və kanalizasiya xətləri burada təzələri ilə əvəz ediləcək. Bu səbəbdən də avtomobillərin təhlükəsizliyini təmin etmək məqsədi ilə əraziya giriş məhdudlaşdırılacaq".
APA TV-nin xəbərinə görə, iki gün bağlı qalacaq yollarda tıxacların yaranmamsı üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürtücülərdən alternativ yollardan istifadə etmələrini məsləhət görür. Bu sadəcə şifahi xəbərdarlıqdı. Belə ki, ərazidə apardığımız müşahidələr zamanı yolun bağlanması və sürücülərdən hansı əlavə yollardan istifadə etmələri ilə bağlı hər hansı xəbərdar edici nişanlara və ya yazılı lövhələrə rast gəlmədik. Nəzərə alsaq ki, adi günlərdə pik vaxtlarda sözügedən küçələrdə yetərincə tıxac olur, o zaman yolların bağlanmasından xəbərsiz olan sürücülərin bu istiqamətdə hərəkəti ciddi problemlərə yol açaçaq.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI