Bakıda supermarketdən oğurluğa cəhd edənlər ələ keçdi

Bakıda oğurluğa cəhdin qarşısı alınıb. APA TV-nin xəbərinə görə, mühafizə polisinin əməkdaşları cinayətkarları iş başında yaxalayıblar.

 

Ötən gecə  saat 02:44 radələrində Nizami rayonu, Rüstəmov küçəsi, ev 9 ünvanında yerləşən supermarketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları 2 dəqiqə ərzində hadisə yerinə çatıblar. Onlar obyektin ön vitrin şüşəsinin sındırıldığını aşkar ediblər.

 

Hadisə yerində oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri - 35 yaşlı Arif İsgəndər oğlu Verdiyev, 30 yaşlı Emin Seyidəhməd oğlu Zahirov və Gəncə şəhər sakini, 45 yaşlı Bahadur Əhməd oğlu Əhmədov saxlanılaraq ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil verilib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR