Sel nəticəsində bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olundu
Sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində sıradan çıxan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.
APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 36-37-ci km-də selin dağıtdığı yolda avtomobillərin hərəkəti bərpa olunub. Yolun 57-ci km-nə qədər hissəsində olan problemlər aradan qaldırılıb.
Güclü sel səbəbindən qəzalı vəziyyətə düşən Quba-Xınalıq yolunun 29-cu və 36-cı km-də yerləşən körpülər də təmir olunub.
Sahə rəisi Bilal Sultanov: "Güclü sel nəticəsində Quba-Xınalıq yolunda 3 körpünü və 400 metrlik yolu tamamilə yuyub. Qısa müddətdə biz yolu bərpa etmişik. Yolu tam təhlükəsizlik vəziyyətə gətirilməsi üçün işlər davam etdirilir. Qış başlayana kimi biz bu işləri yekunlaşdırmaq istəyirik".
Qeyd edək ki, sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində Quba-Xınalıq yolunun bağlanması nəticəsində 7 kəndlə əlaqə kəsilmişdi.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı