Göyçayda qanvermə aksiyası: 200 nəfər qan verdi

“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Göyçay rayonunda növbəti dəfə qanvermə aksiyası təşkil olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Göyçay rayon Mərkəzi Xəstəxanasında keçirilən humanitar aksiyada rayonun idarə və təşkilatlarının kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

 

Aksiya çərçivəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları ilk öncə qan vermək üçün müraciət edən 250 vətəndaşı müayinə ediblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 200 nəfər vətəndaşdan qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR