Bakıda 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçirilir
“Baku Expo” Mərkəzində “BIHE 2016” 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi işə başlayıb.
APA TV-nin xəbərinə görə, 19-21 sentyabr tarixlərində keçiriləcək sərgi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunub.
22-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində 20 ölkəni təmsil edən 121 şirkət iştirak edir. Şirkətlər arasında Azərbaycanla yanaşı, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var. Ümumilikdə xarici eksponentlər sərgi iştirakçılarının 60%-ni təşkil edir. Sərgiyə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribütorları da qatılıb. Builki sərginin debütantları sərgi iştirakçılarının 30%-ni təşkil edir. “BIHE 2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur.
Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir.
Qeyd edək ki, “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan 2016”) və 10-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2016”) sərgiləri keçirilir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı