“Arşın mal alan”ın mahnısına 3 dildə klip çəkildi

Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Vəli ilə Tellinin dueti”nə çəkilmiş klipi təqdim ediblər.

 

APA TV-nin xəbərinə görə, gənc müğənni Ələsgər Əliyev ilk dəfədir ki, belə bir layihədə yer alır. Onun fikrincə, bu klip ona uğur gətirəcək: “İlk müraciətimdir. Düşünürəm ki, uğurlu işdir. Fidan xanım uğurlu insandır. Ona görə də onunla işbirliyi mənim üçün uğur deməkdir”.

 

Musiqi nömrəsi 3 dildə ifa olunub. Elə klipdə də 3 ayrı dövr təsvir olunub. Ümumilikdə klipdə müasirlik və milli üslubun sintezini görmək olar. Yaradıcı heyət klipi beynəlxalq arenaya çıxarmağı hədəfləyir. Klipin Rusiya, Türkiyə, İsrail və keçmiş MDB ölkələrində yayımlanması nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR