Ağdamda 6 yaşlı məktəblini maşın vurdu
Ağdamda 6 yaşlı məktəblini maşın vurub. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Elgün Təhməzli idarə etdiyi "VAZ-2106" markalı 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı Məmmədova Zəhra Mayis qızını vurub. Bundan sonra maşın sonra daş hasara dəyib.
Zərərçəkən Zəhra Məmmədova və sürücü ətrafdakıların köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaxınlarının APA TV-yə verdiyi xəbərə görə, azyaşlı qızın vəziyyəti orta ağırdır. Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, Elgün Təhməzlinin idarə etdiyi avtomobil dayısı Vüqar Allahverdiyevə məxsusdur.
Faktla bağlı araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR
16:26
715
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
768
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
834
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
595
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
695
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
478