Səhiyyə nazirinin müavini: "Dərmanların 90%-nin qiyməti düşüb"
“Xarici həkimlərin Azərbaycana gəlib işləməsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir və müvafiq komissiya 1-2 aydan bir öz iclaslarını keçirir”. APA TV-nin xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirir, sonra isə sənədlərini nazirliyə təqdim edirlər: "Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir".
Nazir müavini deyib ki, Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Ümumilikdə isə dərmanların 90%-nin qiyməti düşüb. O bildirib ki, bu, mütəmadi və tamamlanmayan prosesdir. Onun sözlərinə görə, hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunacaq: "Bu sahədə müəyyən xırda problemlər yaşanır və bunların yerində aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Azərbaycana gələn dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirilməsinə icazə verilir. Çünki qanunvericilik bunu tələb etdiyindən, gömrük orqanları da bunu tələb edir".
Nazir müavini əlavə edib ki, ilk növbədə hər kəsi dərmanların keyfiyyəti maraqlandırır, qiymətin aşağı olması ilə yanaşı, bu da vacib amildir.
Elsəvər Ağayev bildirib ki, dərman şirkətlərinin xarici valyuta ilə bağlı yaranmış problemlərə dair Azərbaycan hökumətinə ünvanladığı müraciətə baxılıb. Məsələ artıq həllini tapıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı