Zərdabda dəhşətli qəza: 2 ölü, 1 yaralı
Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Zərdab-Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə "VAZ" markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar.
Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yaralılar isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Xəstəxanadan verilən məlumata görə, hadisə yerində dünyasını dəyişən "VAZ" markalı maşının sürücüsü, Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Qabil Qaybalı oğlu Rzayevdir. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilənlər minik maşınında olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı, 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədovadır. Həkimlərin səyinə baxmayaraq, R.Zeynalova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı