Bakı-Quba yolunda zəncirvari qəza: 6 yaralı

Bu gün səhər saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 74-cü km-də qeydə alınıb.

 

“Nissan”, “Hyundai” və motosikletin toqquşması nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxslər Xızı rayon sakinləri - 1974-cü il təvəllüdlü Ağayev Fəzail Yəhya oğlu, 1973-cü il təvəllüdlü Həsrətov Rüstəm Əmiraslan oğlu, 1975-ci il təvəllüdlü İbrahimov Telman Zaman oğlu, Şabran rayon sakinləri - 1966-cı il təvəllüdlü Cəfərov Tahir Hüsü oğlu, 1976-cı il təvəllüdlü Cəfərova Nazlı Həzərpaşa qızı və 1940-cı il təvəllüdlü Şükürova Mələk Dəmir qızıdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR