Ağdamda piyadanı vuran "Jiquli" "KamAZ"a çırpıldı
Ağdamda 2 nəfərin ağır yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Hindarx-Quzanlı yolunun 3-cü kilometrliyində qeydə alınıb.
Yolun müəyyən olunmayan hissəsindən keçən piyada, 1990-cı il təvəllüd Bakir Şakir oğlu Bayramov Ülvan Kərimova məxsus "VAZ-2107" markalı 09 BH 596 dövlət nömrə nişanlı maşın tərəfindən vurulub.
Qəzadan yayınmağa çalışan sürücü daha sonra idarəetməni itirərək, Sadəddin Əhmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə piyada Bakir Bayramov və sürücü Ülvan Kərimov ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı