Novxanıda qəzaya düşən bacılardan ikincisi də öldü

Sentyabrın 15-də Novxanı qəsəbəsində qəzaya düşən bacıların ikincisi Leyla Qəhrəmanlı da vəfat edib.

 

APA TV-nin xəbərinə görə, bu barədə "Qafqazinfo"ya xəstənin yerləşdirildiyi "Baku Medical Plaza"nın baş həkiminin müavini Lalə Şəkərova məlumat verilib.

 

O, L.Qəhrəmanlının bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirib.

 

Qeyd edək ki, sentyabrın 15-də Novxanıda 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlı idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmış. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR