Yağmursuz hava davam edəcək

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.  

 

Havanın temperaturunun gecə yarımadada 17-20 dərəcə isti, gündüz 26-30 dərəcə isti, Bakıda gecə  18-20 dərəcə isti, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz  27-32 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR