İstanbulda İŞİD-çi əməliyyatı: saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var

Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatlarda Azərbaycan vətəndaşları yaxalanıb.

 

APA TV-nin məlumatına görə, İstanbulda terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib.

 

Fatih qəsəbəsində aparılan araşdırma nəticəsində qəsəbədə terrorçuların 24 ünvana gedib-gəldikləri müəyyən olunub. Uzun müddətli izləmələrdən sonra axşam saatlarında təhlükəsizlik qüvvələri bu ünvanlarda əməliyyat keçirib. Əməliyyat zamanı aralarında Azərbaycan, İran, İraq, Əfqanıstan və Suriya vətəndaşlarının da olduğu 40 İŞİD üzvü saxlanılıb. Eyni zamanda terrorçulara məxsus sənəd və elektron informasiya daşıyıcıları ələ keçirilib. Saxlanılanlardan 10 nəfərin dəfələrlə Suriyadakı döyüşlərdə iştirak etdiyi məlum olub.

 

İstanbul Terrorla Mübarizə Şöbəsinin dindirdiyi İŞİD terrorçularının bir qismi məhkəməyə veriləcək, digər qismi isə Türkiyədən deportasiya olunaraq ölkələrinə göndəriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR