Astarada oğul atasını bıçaqlayıb öldürdü

Astarada dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun dağlıq yaşayış məntəqələrindən olan Pəıikeş kəndində qeydə alınıb.

 

Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində 54 yaşlı atası Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib.

 

Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin həkim-ekspertləri tərəfindən müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

 

Hadisəni törətmiş Cəsarət Tağıyev isə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR