Liviyada döyüşlər: NEFT BAHALAŞDI
Dünya bazarında "qara qızıl" yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, ötən şənbə birjalarda "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 46,02 dollar olub. Bu səhər isə qiymətlər bahalaşaraq 46,49 dollar səviyyəsinə yüksəlib.
Qərbi Texas neftinin qiymətində də nəzərəçarpacaq dərəcədə bahalaşma müşahidə olunur. Hazırda hərraclarda WTİ nefti 44,37 dollardan təklif olunur. Bu 1,13 dollar qiymət fərqi deməkdir.
Neftin qiymətinin yüksəlməsinə əsas səbəb Liviyada baş verən silahlı insidentdir. Ölkənin 2014-cü ildən bu yana ilk neft ixracatının həyata keçiriləcəyi Ras-Lanuf limanında atışma baş verdiyinə görə liman bağlanıb.
OPEK üzvləri və Rusiyanın sentyabrın 27-də Əlcəzairdə toplanaraq neftin qiymətində stabilləşmə qərarına gələcəkləri barədə xəbər neftin qiymətlərini nisbətən artırmışdı. Liviya və Nigeriyada yenidən neft ixracının başlayacağı haqda məlumatlar isə qiymətləri 6,2 faiz düşürmüşdü. Ras-Lanufdan neft tankerlərinin yola salınması mümkün olmadığından, qiymətlər yenidən bahalaşıb.
Bu arada Venesuela prezidenti Nikolas Maduro bildirib ki, neft istehsalçıları hasilatın dondurulması barədə qərarı sentyabrda elan edə bilər.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı