Sabirabad sakinindən 24 kq marixuana tapıldı
Sabirabad sakininin həyətində narkotik vasitə olan çətənə kolları yetişdirdiyi aşkar edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri çərçivəsində rayonun Türkədi kənd sakini, 55 yaşlı Şıxəliyev Sadiq Fətiş oğlunun həyətində narkotik vasitə olan çətənə kolları yetişdirdiyi aşkarlanıb.
Onun həyətinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edilmiş 56 ədəd çətənə kolu, həmçinin 25 ədəd kökündən çıxarılmış quru halda, ümumi çəkisi 16 kiloqram və evindən 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. S.Şıxəliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
715
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
768
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
834
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
595
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
695
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
478