Türkiyədə İŞİD-in təhlükəli tayfa lideri tutuldu
İŞİD-in Türkiyədə terror aktlarının təşkilatçısı yaxalanıb. APA TV-nin məlumatına görə, İstanbul polisi "Fərat qalxanı" əməliyyatlarından sonra terror təşkilatının Türkiyədə dəhşətli terror aktları törədəcəyi barədə xəbərin izinə düşüb.
Ankarada keçirilən əməliyyatda Suriyada ən təhlükəli tayfalardan olduğu bildirilən Aqqal tayfasının üzvü, "Azzov" kod adlı Ali əl-Aqqal adlı terrorçu saxlanılıb.
Dindirilən əl-Aqqal ilə əlaqəli 24 nəfər isə İstanbul Küçük Çəkməcədə bir evə edilən hücum zamanı ələ keçirilib. Onlardan 9-u əl-Aqqalla bağlantılı olduğunu, İraq və Suriyadan gəldiklərini bildiriblər. Şübhəlilərin İstanbulda böyük partlayış üçün əl-Aqqaldan partlayıcı və sursat gözlədikləri məlum olub.
Saxlanılan digər 15 xarici vətəndaşın isə Suriya və İraqda döyüş bölgələrinə getmək üçün Türkiyəyə gəldikləri aydınlaşıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı