Azərbaycan prezidenti Moldovanın baş naziri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 16-da Bişkekdə Moldova Respublikasının baş naziri Pavel Filip ilə görüşüb.
APA TV-nin xəbərinə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin böyük potensiala malik olmasından məmnunluq ifadə edilib.
Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb. İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırılıb, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edilib. Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı