İstanbul aeroportunda qadın "canlı bomba" saxlanıldı
İstanbul aeroportunda terror aktı hazırlamaqda şübhəli bilinən Türkiyə pasportu daşıyan Fransa vətəndaşı saxlanılıb.
APA TV-nin “RİA Novosti”yə istinadən xəbərinə görə, polis bir neçə mənbədən Diyarbəkirdən İstanbula gələn Ebru Fırat adlı gənc qadının “canlı bomba” olmağa hazırlaşması barədə məlumat əldə edib.
“France3” telekanalının məlumatına görə, keçmiş tələbə Ebru Fırat valideynlərinə baş çəkmək üçün Fransadan Türkiyəyə gəlib və tezliklə iş təklifi gəlmiş Tuluzaya qayıtmağı planlaşdırırmış.
“Ebru Fırat Tuluzada tibb üzrə təhsil alıb. O, 2015-ci ildə Suriyaya yollanaraq kürd silahlı dəstələrinin tərkibində İŞİD-ə qarşı döyüşüb. Ebru Firat hətta “France2” telekanalının ötən il Suriyada İŞİD-ə qarşı döyüşən fransızlara həsr olunmuş reportajında Selin şərti adı altında da yer alıb”, - deyə telekanalın məlumatında bildirilir.
“France3” telekanalının məlumatına görə, Ebru Firat PKK terror təşkilatının üzvü olub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı