"Qarabağ"dan son dəqiqə qolu və 1 xal - QOLLAR
Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti sınağına çıxıb.
Ağdam klubu ilk matçında Çexiyanın "Slovan" klubu ilə üz-üzə gəlib. Qarşılaşma start götürən kimi çexlər hesabı açıblar. Yan Sikoranın 10-cu saniyədə vurduğu qol həm də Avroliqanın tarixinə düşüb. Belə ki, bu qol sözügedən turnirdə ən erkən qol olub.
"Qarabağ" bu qola tez cavab verməyi bacarıb. Miçel başla fərqlənib.
İkinci hissədə "Slovan" yenidən hesabda önə keçib. Amma Azərbaycan çempionu son saniyələrdə kapitan Rəşad Sadıqovun vurduğu qolla məğlubiyyətdən xilas olmağa nail olub.
Beləcə, Qurban Qurbanovun komandası Avroliqanın qrup mərhələsinə heç-heçə ilə başlayıb.
OXŞAR XƏBƏRLƏR
16:26
737
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
786
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
846
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
598
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
698
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
480