Yağışlar başlayır: bəzi yerlərdə intensiv olacaq
Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun yarımadada gecə 18-21° isti, gündüz 24-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 23-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
16:26
803
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
852
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
863
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
602
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
701
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
483