ABŞ və İsrail hərbi müqavilə imzaladı - 38 MİLYARD DOLLARLIQ
ABŞ və İsrail birgə hərbi tərəfdaşlıq barədə memorandum imzalayıblar. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu, təhlükəsizlik məsələləri ilə əlaqədardır.
Müqaviləyə əsasən, ABŞ 2018-2028-ci illər arasında İsrailə 38 milyard dollar yardım ayıracaq. İsrail bu müddət ərzində hər il məbləğin 3,3 milyard dollarını alacaq. Bundan əlavə, 500 milyon dollar da ölkənin raket zərbələrindən müdafiəsi üçün ödəniləcək.
Razılaşmada o da qeyd olunub ki, bu zaman kəsiyində İsrail ABŞ istehsalı olmayan heç bir silah almayacaq. Təl-Əvivə həmçinin ayrılan vəsait hesabına alınan hərbi-texnika üçün yanacaq alınması da qadağan edilir.
İsrail bununla yanaşı, ABŞ-ın 5-ci nəsil F-35 qırıcılarını da ala bilər.
OXŞAR XƏBƏRLƏR
16:26
803
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
852
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
863
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
602
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
701
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
483