Dollar bir az da ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən APA TV-yə verilən məlumata görə, ABŞ dollarının məzənnəsi sentyabr ayının 14-ü ilə müqayisədə azalaraq 1,6375 manat olub.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası hazırda 1,8409 manatdır.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1695 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 10 qəpik, 100 türk lirəsi 54 manat 90 qəpik, 100 Gürcüstan larisi 70 manat 89 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.
OXŞAR XƏBƏRLƏR
16:26
803
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
852
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
863
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
602
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
701
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
483