Bakıda 28 yaşlı kişini ürəyindən bıçaqladılar
Ötən gecə Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə 7-ci mikrorayon ərazisində, Abay Kunanbayev 18 ünvanında qeydə alınıb. Naməlum şəxs küçədə 28 yaşlı Vüqar Şöhrət oğlu Əliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Döş nahiyəsindən bıçaqlanan yaralı dərhal əməliyyat olunub. Müayinə zamanı zərbənin Vüqar Əliyevin ürəyinə də xəsarət yetirdiyi müəyyən edilib.
Hadisə barədə məlumat alan polis araşdırmalara başlayıb. Faktla əlaqədar Binəqədi rayon polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.
OXŞAR XƏBƏRLƏR
16:26
803
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
852
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
863
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
602
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
701
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
483