Azərbaycanlı idmançı erməni atleti məğlub edərək dünya çempionu oldu
Azərbaycanın idman ictimaiyyəti İsrafil Məmmədovu yaxşı tanıyır. O, bir sıra beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək, bayrağımızı ucalara qaldırıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl Gürcüstanın paytaxtı Tbilisi şəhərində gerçəkləşən pauerliftinq üzrə dünya çempionatına qatılan həmyerlimiz vətənə qızıl medalla dönüb.
15-ə yaxın ölkənin iştirak etdiyi beynəlxalq yarışda erməni atletlər yüksək yerlərə iddia etsələr də, istəklərini reallaşdıra bilməyiblər. Ən ağır çəkidə dünya çempionu titulu uğrunda mübarizəyə qatılan İsrafil Məmmədov erməni atletin çempionluq arzusunu gözündə qoyub.
6 qat dünya, 7 qat Avropa, 39 dəfə Azərbaycan çempionu olan qazaxlı idmançının dediyinə görə, bir neçə ay əvvəl Soçidə keçirilən beynəlxalq turnirdə qızıl medalları qazanarkən erməni atlet ona yaxınlaşaraq, növbəti yarışlarda qalib ola bilməyəcəyini söyləyib. 41 yaşlı İsrafil Məmmədov isə 5-8 sentyabr tarixində Tbilisidə keçirilən dünya çempionatında növbəti dəfə qızıl medal qazanaraq, yarışa əbəs yerə gəlmədiyini bir daha sübut edib.
İsrafil Məmmədov bundan sonra da Azərbaycanın idman şərəfini layiqincə qoruyacağını deyir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı