Deputatlarımız Rusiyadakı olaylarla bağlı bəyanat verdilər
MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli idarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi Komissiyasındakı Azərbaycan nümayəndə heyəti bəyanatla çıxış edib. Azərbaycan parlamentinin deputatları Arif Rəhimzadə, Fəzail Ağamalı və Ərəstun Cavadovun imzaladığı bəyanatda bildirilir ki, Moskvanın Biryulevo rayonunda baş verənlər və Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsi Azərbaycanda ciddi narahatlıq yaradıb.
Baş verənlərdən təəssüfləndiyini bildirən və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verən deputatlar hesab edirlər ki, günahkar qanunla cəzalandırılmalıdır: “Bununla belə, KİV-də aparılan kampaniya, Biryulevodakı iğtişaş və talanlar ciddi problemlər yaradır. Rusiyada çoxsaylı azərbaycanlı yaşayır. Onlar Rusiya vətəndaşları kimi zəhmətlə yaşayır, Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edir, iqtisadiyyatın inkişafına müəyyən töhfələr verirlər”.
Azərbaycan Milli Məclisinin üzvləri hesab edir ki, son hadisələrdə təqsirsizlik prezumpsiyasının pozulması, şübhəli şəxsin təpiklənərək ciddi xəsarətlər alması və bunun telekanallarda göstərilməsi cavabsız qalmamalıdır. Dövlət orqanları və MDB-nin müvafiq orqanları bu faktlardan ciddi nəticə çıxarmalıdır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI