Zərdabda ağır qəza: 17 yaşlı oğlan öldü
Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Zərdab-Ağcəbədi yolunun Zərdab rayonunun Məmmədqasımlı kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücüsü hadisə yerindən qaçan 90 UP 251 dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını ilə 10 LU 604 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını toqquşub.
Nəticədə rayonun Gödəkqobu kənd sakini, 17 yaşlı Xitmət Mahir oğlu Seyidov hadisə yerində ölüb. "Jiquli" markalı maşının sürücüsü, 68 yaşlı Raquf İbad oğlu İbadov və sərnişinləri 17 yaşlı Raya Mahir qızı Babayeva və onun həmyaşıdı Mehri Seyidağa qızı Mürşüdova aldıqları xəsarətlərlə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı