Cənub Şimalı hədələdi: "Məhv edərik" - KOREYA YARIMADASINDA TƏHLÜKƏ
"Şimali Koreyanın nüvə təhlükəsinə cavab verməyə hazırıq". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu sözləri Cənubi Koreyanın prezidenti Pak Kın Xe deyib.
"Əgər Pxenyan belə bir addım atarsa, biz buna daha effektiv qarşılıq vermək üçün tədbirlərimizi genişləndiririk. Biz o rejimi məhv edərik", - deyə prezident bildirib.
Bu arada rəsmi Seul ölkədə Amerika istehsalı olan "Taad" raketdən müdafiə sisteminin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayıb.
Xatırladaq ki, "Taad" kompleksinin yarımadanın cənubunda yerləşdirilməsi barədə razılıq Cənubi Koreya ilə ABŞ arasında ötən ilin iyununda əldə olunub. Rusiya və Çin isə bu addımdan narahatlıqlarını gizlətməyiblər.
Qeyd edək ki, Şimali Koreya sentyabrın 9-da ən böyük nüvə sınağını həyata keçirib. Bu 2006-cı ildən bu tərəfə Pxenyanın 5-ci sınağı olub.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı