Lənkəranda 5 min nəfərə Qurban payı verildi
Müsəlman dünyasının müqəddəs bayramlarından sayılan Qurban bayramı Lənkəranda da geniş qeyd olunub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, bununla bağlı şəhərin Böyük bazar və Qalayçılar məscidlərində keçirilən mərasimlərdə respublikamızın tərəqqisi, xalqımızın xoş rifahı və əmin-amanlığı naminə dualar oxunub. İslam dininin, Qurani-Kərimin irəli sürdüyü yüksək mənəvi amalları əsas götürməyin vacibliyi xatırlanıb.
Sonra bayram münasibətilə qurbanlar kəsilib. Kəsilən heyvanlar şəhid ailələrinə, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarına, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, eləcə də aztəminatlı ailələrə paylanılıb.
Lənkəranda ümumilikdə 150-yə yaxın heyvan kəsilərək beş minə yaxın ailəyə paylanılıb.
OXŞAR XƏBƏRLƏR
16:26
818
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
867
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
876
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
604
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
703
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
485