Bakıda silahlı basqın: 1 nəfər güllələndi
Bakıda silahlı insident olub.
Sabunçu Rayon Polis İdarəsindən APA TV -yə verilən məlumata görə, Bakı şəhər sakini Vidadi Quliyev Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən atəş açıb. E.Kazımov xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.
Hadisə yerinə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd güllə və 4 ədəd giliz aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
818
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
867
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
876
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
604
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
703
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
485