PKK Qurban bayramında partlayış törətdi
Türkiyənin Van vilayətində partlayış baş verib.
APA TV-nin məlumatına görə, PKK terrorçuları Qurban bayramını ilk günü vilayətin şəhər mərkəzində bomba yüklü avtomobili partladıb, nəticədə ikisi polis olmaqla 19 nəfər yaralanıb.
Partlayış AKP-nin vilayətdəki qərargahı ilə valilik arasında, şəhərin ən sıx yerində törədilib. Çoxlu sayda avtomobil və bina zərər görüb, yanğın baş verib.
Van millət vəkili Burhan Kayatürk hədəfin AKP qərargahı olduğunu, yaralıların vəziyyətinin ağır olmadığını bildirib. Yaralılar xəstəxanaya çatdırılıb, yanğın söndürülüb. Təhlükəsizlik qüvvələri avtomobili partladaraq qaçan terrorçunun yaxalanması üçün əməliyyata başlayıb.
OXŞAR XƏBƏRLƏR
16:26
818
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
867
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
876
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
604
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
703
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
485