AST Telman müflis olmayıb - MƏHKƏMƏ QƏRARI
Rusiya Federasiyasının Ali Məhkəməsi aşağı instansiya məhkəmələrinin Çerkizov bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun vətəndaş Boris Zubkovun iddiası əsasında müflis elan olunması haqqındakı qərarı ləğv edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Telman İsmayılovun Ali Məhkəməyə bununla bağlı verdiyi kassasiya şikayəti təmin edilməyib.
Sözü gedən şikayət ərizəsində Telman İsmayılov iddianın baxılması üçün Ali Məhkəmənin İqtisadi məsələlərə dair kollegiyasına göndərilməsini xahiş etmişdi. Məhkəmə heyəti T. İsmayılovun müflis hesab edilməsi üçün B. Zubkovun göstərdiyi əsasları yetərli hesab etmədiyi üçün bu qərarı verib. 2015-ci ilin dekabrında Moskva Arbitraj məhkəməsi Çerkizov bazarının sabiq sahibi T.İsmayılovu Moskva Bankının iddiası əsasında müflis elan edib. 2016-cı ilin may ayında isə Moskva şəhər Məhkəməsi Apelyasiya Məhkəməsinin bankrotluğun ləvği haqqındakı qərarını qanuni hesab edib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı