Dənizdə boğulan neftçinin meyiti tapıldı
Ötən gün dənizdə boğulan neftçinin meyiti tapılıb. Bu barədə APA-ya Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, Əliyev Musa Əhməd oğlunun meyiti ailəsinə təhvil verilib.
Qeyd edək ki, ötən gün Xəzər dənizində bədbəxt hadisə baş verib. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan Əliyev Musa Əhməd oğlu dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
16:26
818
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
867
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
876
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
604
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
703
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
485