Ağdaşda ustanın qulağını kəsdilər
Ağdaş rayon sakinləri arasında baş vermiş mübahisə qan tökülməsi ilə nəticələnib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Qocayev Qəzənfər İmran oğlu şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı həmkəndlisi, 1971-ci il təvəllüdlü Allahverdiyev Musa Ələsgər oğlunun qulağını bıçaqla kəsərək ona xəsarət yetirib.
M. Allahverdiyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, xəsarət alan şəxs evlərdə ustalıq edir.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
818
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
867
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
876
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
604
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
703
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
485