Lənkəranda dəhşətli yol qəzasında 5 nəfər ölüb, 5 nəfər yaralanıb
Lənkəranda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında yeni tikilmiş və istifadəyə verilməmiş İpək yolunun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Boladi kənd sakini, 1963-cü il təvəllüdlü Bəxtiyar Qiyas oğlu Quliyevin idarə etdiyi “VAZ-2106” markalı, 42 BU 831 dövlət nömrə nişanlı minik avtomobili rayonun Parakənd qəsəbə sakini, 1977-ci il təvəllüdlü Eldar Zeynal oğlu Aslanovun idarə etdiyi “Mersedes” markalı, 99 EA 802 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən avtomobillərdən biri deformasiyaya uğrayıb, digəri isə yararsız vəziyyətə düşüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım maşınları cəlb olunublar. Xilasedicilər xüsusi alətlərin köməyi ilə “VAZ-2106” markalı minik avtomobilində sıxılıb qalmış sürücünün və sərnişinlərin cəsədlərini, eləcə də bir nəfər yaralını, həmçinin “Mersedes” markalı avtomobildən 6 yaralını çıxararaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yola salıblar. Yaralılardan iki nəfər xəstəxanada keçinib. Hadisə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı