Paralimpiya medallarımızın sayı 3-ə çatdı
Rio-2016 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 3-cü medalını qazanıb. APA TV-nin məlumatına görə, cüdoçu Rövşən Səfərov (81 kq) turniri bürünc medalla başa vurub.
Təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verib. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın “bürünc” yolunu açıb.
Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək Braziliyadan medalla qayıtmağı bacarıb.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçu Bayram Mustafayev gümüş, bu gün isə Ramil Qasımov (73 kq) qızıl medal qazanıb.
OXŞAR XƏBƏRLƏR
16:26
828
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
874
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
884
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
605
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
705
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
486