Paralimpiya yığmamız ilk qızıl medalını qazandı
Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. APA TV-nin məlumatına görə, cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.
Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.
Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.
OXŞAR XƏBƏRLƏR
16:26
834
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
880
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
885
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
605
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
705
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
486