Özbəkistanda prezident seçkilərinin tarixi açıqlandı
Özbəkistanda növbədənkənar prezident seçkiləri dekabrın 4-də keçiriləcək.
APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalomov bildirib.
Seçki kampaniyasına bu gündən start verilib. Namizədlərin qeydiyyata alınması sentyabrın 30-da başlayacaq, oktyabrın 20-də bitəcək.
Qeyd edək ki, hazırda Özbəkistan prezidenti səlahiyyətlərini sabiq baş nazir Şavkat Mirziyoyev icra edir.
Xatırladaq ki, prezident İslam Kərimov sentyabrın 2-də vəfat edib. O, 1991-ci ildən fasiləsiz olaraq Özbəkistana rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR
16:26
831
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
876
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
884
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
605
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
705
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
486