Hacıqabulda MAN minik avtomobilini əzib, 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb
Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır qəza baş verib. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə-nişanlı yük maşını, Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı, 66 BJ 952 dövlət nömrə-nişanlı minik avtomobili ilə toqquşub.
Nəticəndə “Mercedes”də olan sərnişin, 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, sürücü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişinlər - Yevlax sakinləri, 1959-cu il təvəllüdlü Hüseynova Aybəniz Arif qızı, 1960-cı il təvəllüdlü İradə Qocayeva, 1953-cü il təvəllüdlü Məshəti Qocayeva, 1994-cü il təvəllüdlü Haqverdiyeva Ayşən Arzu qızı, 2015-ci il təvəllüdlü Hüseynov Tuncay Ədalət oğlu və Hüseynova Solmaz Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətlər alaraq, Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı