Şimali Koreya növbəti nüvə sınağı keçirib
Şimali Koreya Xalq Demokratik Respublikası nüvə sınağı keçirdiyini rəsmən təsdiqləyib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Nüvə Silahı İnstitutunun bəyanatında deyilir.
Sınağın keçirilməsində məqsəd strateji ballistik raketlərə quraşdırılması planlaşdırılan standartlaşdırılmış nüvə başlıqlarının hərbi tətbiqi parametrləri barədə məlumat əldə edilməsi olub.
Sınaq Şimali Koreya Fəhlə Partiyası tərəfindən təsdiq edilmiş strateji nüvə qüvvələrinin yaradılması barədə planın icrası çərçivəsində baş tutub.
Qeyd edək ki, daha əvvəl Cənubi Koreya hökumətindəki mənbə Şimali Koreyanın ölkənin yaranması günü münasibətilə nüvə sınağı keçirməsi barədə məlumat yaymışdı.
OXŞAR XƏBƏRLƏR
16:26
891
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
936
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
894
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
607
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
707
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
488