Cəlilabadda 25 yaşlı gənci ikinci dəfə ilan sandı
Cəlilabadda ilansancma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 25 yaşlı Məntiq İsbarov örüş sahəsində təsərrüfat işləri görərkən ilan onun sol ayağının pəncə nahiyəsindən sancıb.
Hadisədən dərhal sonra Məntiqin ayaqları keyləşib. Ətrafda heç kimin olmadığını görən zərərçəkmiş bir neçə yüz metrlik ərazini sürünməklə yola çıxıb və elə oradaca huşunu itirib. Yoldan keçən sürücülərdən biri onu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Burada ona zəhər əleyhinə zərdab vurulub, digər zəruri tibbi yardımlar göstərilib.
Qeyd edək ki, bir neçə il öncə də Məntiq İsbarovu ilan sancıb.
OXŞAR XƏBƏRLƏR
16:26
891
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
936
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
894
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
607
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
707
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
488