ABŞ-da prezidentliyə namizədin həbsinə order verildi
ABŞ-ın Şimali Dakota ştatında məhkəmə Yaşıllar Partiyasından olan prezidentliyə namizəd Cill Staynın həbsinə order verib.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, C.Stayn “Dakota Access” boru kəmərinin tikintisinə qarşı keçirilən aksiya zamanı tikinti texnikasına boya tökməkdə ittiham olunur.
Belə ki, aktivist-ekoloqlar ondan etiraz aksiyası keçirilən yerə imza qoymasını xahiş ediblər. O isə qırmızı boya ilə buldozerin üzərinə “mən bu mövqe ilə razıyam” sözlərini yazıb. C.Stayn “mülkiyyətə qarşı qanun pozuntusu” və “xuliqanlıq” maddələri ilə ittiham olunur. Eyni ittihamlar onun ortağı Adjam Baraka da qarşı irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
16:26
894
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
939
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
898
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
608
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
707
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
488