Türk ordusunda yeni FETÖ əməliyyatı: 6 general həbs ediləcək
Türkiyədə FETÖ təhqiqatı çərçivəsində orduda maskalanmış hərbçilərin saxlanılması məqsədilə böyük əməliyyat başlayıb.
APA TV-nin məlumatına görə, əməliyyat çərçivəsində 6 general, bir çoxu polkovnik olmaqla 43 zabit, 30-dan çox çavuş, polis məmuru, bir neçə müəllim saxlanılacaq. 15 vilayəti əhatə edəcək həbslərə İstanbul Cümhuriyyət Baş Prokurorluğundan prokuror İsmail Uçar nəzarət edir.
Qeyd edək ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra başda Türkiyə Silahlı Qüvvələri olmaqla bir çox dövlət və özəl müəssisələrin, ictimai təşkilatların FETÖ-çülərdən təmizlənməsi prosesi başlayıb. Əməliyyatlar nəticəsində ordudan minlərlə hərbçi xaric olunub. Ordudan atılan bir çox hərbçi haqqında həbs qərarı verilib.
OXŞAR XƏBƏRLƏR
16:26
894
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
939
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
898
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
608
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
707
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
488