İsmayıllıda 22 yaşlı oğlanın meyiti tapıldı
İsmayıllıda küçədən meyit tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:00 radələrində İsmayıllı şəhərinin Qəşəm Aslanov küçəsində qeydə alınıb.
Rayonun Ərəgit kənd sakini, 1994-cü il təvəllüdlü Allahyarov Eldəniz Səfər oğlunun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Ekspertizanın rəyinə görə, epilepsiya xəstəsi olan Eldəniz Allahyarov səhər saatlarında işə gedərkən qıcolma səbəbindən yerə yıxılıb və köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib. Mərhum İsmayıllı rayon Yaşıllaşdırma İdarəsinin bağbanı kimi şəhərin parklarında çalışırdı.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı