Bakıda 31 yaşlı kişi bıçaqlandı
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Təcili tibbi yardım stansiyasına bir nəfərin bıçaqlanması barədə məlumat daxil olub. Həkim briqadası 31 yaşlı Namus Niyaz oğlu Əhmədovu xəstəxanaya çatdırıb. Ona dərhal tibbi yardım göstərilib. Həyatı üçün təhlükə aradan qaldırılıb. Hadisə barədə polisə məlumat verilib.
Araşdırmalar zamanı yaralının aşkarlandığı evin sahibi Namus Əhmədovun küçədə bıçaqlandığını, kömək etmək üçün isə evinə gətirdiyini bildirib. Onun sözlərinə görə, hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsindən xəbərsizdir.
Yaralı Namus Əhmədov yenicə əməliyyat olunduğu üçün ifadəsini almaq mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı