Bakıda qonşu qonşunu baltaladı
Ötən gecə Bakıda qonşular arasında dava olub. APA TV-nin xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində, Balaxanı qəsəbəsində baş verib.
Şəxsi münaqişə zəminində başlayan dava zamanı qonşusu Xudakərim Əliyevin başına balta ilə zərbə endirib. Zərərçəkən zərbədən sonra yerə yıxılıb və huşunu itirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralı Xudakərim Əliyevin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin tutulması istiqamətinə əməliyyat-axtarış tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR
16:26
894
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
939
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
898
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
608
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
707
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
488